Argentinanın "Qodoy Krus" klubunun futbolçusu Santyaqo Qarsiya intihar edib.
Sportnet.az-ın TyC-ə istinadən məlumatına görə, uruqvaylı hücumçu 30 yaşında özünə qəsd edib. Psixiatrik müalicə keçən forvardın meyiti Qordoy Krus şəhərindəki mənzilindən tapılıb.
Qeyd edək ki, Santyaqo Qarsiya Cənubi Amerika çempionatlarında özünü yaxşı tərəfdən göstərdiyi üçün klublardan çoxsaylı təkliflər alıb. O, Uruqvayın "Nasyonal" və "River Pleyt" (Montevideo), Braziliyanın "Atletiko Paranaense", Türkiyənin "Kasımpaşa" komandalarının formasını geyinib.
2010/2011 mövsümündə hücumçu 23 qolla Uruqvay, 2017/2018 mövsümündə 17 topla Argentina çempionatının bombardiri olub. Qarsiya 2009-cu ildə isə Uruqvayın gənclər millisinin heyətində Cənubi Amerika çempionatında bürünc medal qazanıb.