Bakıdakı təlim-məşq toplanışını tamamlayan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib “Sabah” klubu olub. Görüş yığmanın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qolları Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə vurub.
Qeyd edək ki, “Sabah” Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Zirə” ilə qarşılaşacaq. Fevralın 14-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da başlanacaq.