"Qarabağ" klubundan ayrılan futbolçu Donald Gerye forma nömrəsini dəyişdirməsinin səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, Kiprin "Apollon" klubuna keçən 32 yaşlı cinah müdafiəçisi yerli mətbuata açıqlamasında 96 nömrəli formanı həyət yoldaşına görə seçdiyini bildirib.
O, 7 il birlikdə olduğu xanımının 1996-cı ildə dünyaya gəldiyi üçün bu addımı atdığını vurğulayıb.
Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Klub yanvarın 11-də futbolçu ilə müqaviləni ləğv etmişdi. Gerye Haiti millisində, "Qarabağ" və "Neftçi" klublarında 77 nömrəli formanı geyinib. O, yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.