Azərbaycan I Divizionunda XIII turun "Keşlə-2" - "Neftçi-2" oyunu üçün bütün təyinatlar müəyyənləşib. Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Rauf Allahverdiyev olacaq.
Hakim-inspektor funksiyasını isə keçmiş FIFA referisi Babək Quliyev yerinə yetirəcək.
16 fevral (çərşənbə axşamı)
14:00. “Keşlə-2” – “Neftçi-2”
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”.
Qeyd edək ki, turun digər oyunları 17-18 fevralda olacaq.