
Rusiyanın "Axmat" komandasının baş məşqçisi Andrey Talalayev futbolu pornoqrafiyaya bənzədib.
Sportnet.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis bu açıqlamanı evdə Moskva "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XX tur matçından sonra verib. Talalayev FIFA referisi Vladislav Bezborodovun işindən narazılıq ifadə edib.
Onun fikrincə, ilk yarıda rəqib qapısına bir zərbə vurmayan komanda qalib gəlirsə, deməli, futbol pornoqrafiyaya çevrilir: "Hakimləri tənqid etmək olmaz. Amma biz avrokuboklara düşmək istəyiriksə, hamı üçün tələblər eyni olmalıdır. Qapıya bir zərbə vurmayan komanda qalib gələ bilməz. Əlbəttə, möcüzə baş verməsə. Mən stadionumuzda Xottabıçı görmədim".
Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" 33 xalla 6-cı, "Axmat" 26 xalla 11-ci yerdə qərarlaşıb.