İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Cadena SER" nəşri məlumat yayıb.
58 yaşlı funksioner bu gün səhər saatların həbs edilib. O, vəzifə səlahətlərindən sui istifadə və korrupsiyada ittiham edilir.
Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.
Qeyd edək ki, polis səhər saatlarından "Barselona"nın ofislərində araşdırma aparıb.