Joan Laporta yenidən İspaniyanın "Barselona" klubunun prezidenti seçilib.
Sportnet.az xəbər verir ki, klub prezidenti vəzifəsinə seçkidə sabiq hüquqşünas 54,28 faiz və ya 30 184 səs toplayıb. Digər namizədlərdən Viktor Font 29,99 faiz (16 679), Toni Freyşa 8,58 faiz (4 769) səs yığıb.
Qeyd edək ki, 2020-ci ilin payızında Xosep Mariya Bartomeu "Barselona"nın prezidenti vəzifəsindən kənarlaşdırılıb. Joan Laporta 2003 - 2010-cu illərdə də Kataloniya klubuna başçılıq edib.