Marko Verratti və Alessandro Florentsi İtaliya yığmasının düşərgəsini tərk edib.
Sportnet.az-ın məlumatına görə, hər iki yarımmüdafiəçi Litvaya qarşı DÇ-2022-nin seçmə oyununu buraxacaq.
Onlar Fransa PSJ-sinin düşərgəsinə qayıdaraq, hərtərəfli müayinədən keçəcəklər. Verrattinin baldırından, Florentsi əzələsindən xəsarət alıb.
Qeyd edək ki, martın 31-də keçiriləcək Litva - İtaliya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.