"Klubun borcu çox idi. Onları qaytarmaq 1 ilin işi deyildi. Yalnız ötən il bütün borcumuzu bağladıq. Bu, heç kimin günahı deyil".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov klub televiziyasında yayımlanan "Hömsöhbət" verilişində deyib.
O bildirib ki, flaqman son 5 ildə dağılma təhlükəsi ilə üz-üzə olub: "Neftçi" də "Xəzər Lənkəran", "Kəpəz" və "Bakı" kimi böyük klubların aqibətini yaşaya bilərdi. Amma çətin vaxtda SOCAR və AFFA-dan bizə böyük dəstək gəldi. Emil Mpenzanın işi ilə bağlı kluba böyük cəza verilə bilərdi. Amma milli assosiasiyanın nüfuzundan istifadə edərək, cəzanı yüngülləşdirməyə nail olduq. "Bakcell Arena"nın bizə verilməsində AFFA-nın rolu var. Bizi dəstəkləyən insanlar üzə çıxdı və klubu ayaqda saxladı".
Qeyd edək ki, "Neftçi" 2020/2021 mövsümünü birinci pillədə tamamlayaraq, 9-cu çempionluğunu qazanıb.