"Bakıda keçirəcəyimiz 2 görüş azarkeşlər sarıdan bizim üçün əlverişli olacaq. Bu amil oyunumuza müsbət təsir edəcək. Təqribən 1,5 ildir azarkeşsiz oynayırıq. Fanatlar tribunada olanda təmam fərqli ab-hava görürsən".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin və Almaniyanın "Şalke" klubunun futbolçusu Ozan Kabak AVRO-2020-nin Bakıdakı oyunları barədə danışarkən deyib.
21 yaşlı müdafiəçi azarkeşlər üçün darıxdıqlarını bildirib: "Xüsusilə Bakıda türkiyəli azarkeşlərin çox olacağını, yaxşı oyun göstərəcəyimizi düşünürəm. Ümid edirəm ki, həm özümüzü, həm də tərəfdarlarımızı sevindərəcəyik".
Qeyd edək ki,Türkiyə millisi Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.