"Düzdür, qələbədə mənim də payım oldu, qol vurdum. Amma bizim üçün daha vacib məsələ Çempionlar Liqasındakı I təsnifat mərhələsinin oyununa hazırlıq idi və öhdəsindən gələ bildik".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Harramiz Suares Avstriyada Rusiyanın "Spartak" (Moskva) komandasına 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib. 31 yaşlı hücumçu komandasına xeyir verməsini özü üçün ən vacib məsələ adlandırıb: "Əvvəllər xoşladığım mövqelər müdafiənin sol və sağ cinahları, eləcə də hücum xətti idi. Baş məşqçi bu gün məni hücumda oynatdı. Əlimdən gələni etdim ki, komandama xeyrim dəysin. Növbəti görüşlərdə də qol vurmağa çalışacağam".
Qeyd edək ki, Harramiz Suares "Spartak"la görüşdə qələbə topunun müəllifi olub.