İtaliyanın "Yuventus" klubunun idman direktoru Federiko Çerubini ulduz futbolçu Kriştianu Ronaldunun gələcəyi ilə bağlı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, funksioner mətbuat konfransında 36 yaşlı hücumçunun Turin təmsilçisindən getməsi ilə bağlı hansısa siqnalın olmadığını bildirib.
Klub rəsmisi portuqaliyalı oyunçunun keçidi ilə bağlı sadəcə müxtəlif söz-söhbətlərin üzə çıxdığını söyləyib.
O, Ronaldunun tətili başa çatan kimi komandaya qoşulacağını vurğulayıb.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir Hücumçu Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya transfer olunub.