"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün 2 000-dən çox bilet satılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Neftçi TV"yə "Bakcell Arena"nın kassasından bildirilib.
Qeyd olunub ki, satışa çıxarılmış 3 500 biletdən təqribən 2 200-ü artıq alınıb.
Xatırladaq ki, iyulun 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.