UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə daha 9 cavab qarşılaşması keçirilib.
Azərbaycanın turnirdəki təmsilçisi "Neftçi" Yunanıstan "Olimpiakos"una səfərdə olduğu kimi, evdə də eyni hesabla uduzub - 0:1. "Olimpiakos" Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Lüdoqorets"i ilə üz-üzə gələcək. "Lüdoqorets" Sloveniya "Mura"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:0, 3:1.
"Qalatasaray" klubu isə Niderlandda 1:5 hesabı ilə uduzduğu PSV-yə Türkiyədə də uduzub - 1:2.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
28 iyul
21:00. "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:1
İlk oyun - 0:1
21:00. "Şerif" (Moldova) - "Alaşkert" (Ermənistan) - 3:1
İlk oyun: 1:0
21:30. ÇFR (Rumıniya) - "Linkoln" (Cəbəllütariq) - 2:0
İlk oyun - 2:1
21:45. "Midtüllan" (Danimarka) - "Seltik" (Şotlandiya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)
İlk oyun - 1:1
22:00. "Qalatasaray" (Türkiyə) - PSV (Niderland) - 1:2
İlk oyun - 1:5
22:00. “Lüdoqorets” (Bolqarıstan) - "Mura" (Sloveniya) - 3:1
İlk oyun - 0:0
22:15. “Yanq Boyz” (İsveçrə) - “Slovan” (Bratislava, Slovakiya) - 3:2
İlk oyun - 0:0
22:30. "Srvena Zvezda" (Serbiya) - "Kayrat" (Qazaxıstan) - 5:0
İlk oyun - 1:2
22:30. "Sparta" (Praqa, Çexiya) - "Rapid" (Vyana, Avstriya) - 2:0
İlk oyun - 1:1.