
Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" komandası sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Ramin Quliyevin baş məşqçi olduğu kollektiv yerli “Saburtalo” ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Azərbaycan təmsilçisinin heyətində 74-cü dəqiqədə Veysəl Rzayev fərqlənib. Penaltilər seriyasında isə Gürcüstan təmsilçisi dəqiq olub - 4:2.
Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub.Qalib komandaya xatirə kuboku təqdim olunub. Qarşılaşma “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilib.