İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komandanın məşqini yarımçıq tərk edib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu sol qolundan xəsarət aldığı üçün hazırlıq prosesini sona çatdıra bilməyib.
Portuqaliyalı oyunçu klub həkimlərinin müşayiəti ilə məşq sahəsindən ayrılıb. Turin təmsilçisi futbolçunun durumu ilə bağlı açıqlama verməyib.
Ronaldunun sentyabrda DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda İrlandiya və Azərbaycanla matçda iştirakı sual altına düşüb. Portuqaliya millisinin heyəti avqustun 26-da açıqlanacaq.
Qeyd edək ki, Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.
Ronaldo has left Juventus training early
— Goal (@goal) August 25, 2021
The forward has an arm injury ???? pic.twitter.com/fvMvKXkgKi