İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, dinləmələr oktyabrın 8-də olacaq.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.