
Azərbaycan Premyer Liqasında III tur hazırlığını davam etdirən "Qəbələ" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” I divizionda mövsümün startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu əsas komanda 4:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Qəbələ” və “Qəbələ-2” beş gün öncə də yoxlama görüşündə üz-üzə gəlib. Əsas komanda həmin qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.