
"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov təcrübə məqsədi ilə Türkiyə Super Liqasında liderlik edən "Trabzonspor" klubunun düşərgəsinə yollanıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Qaradəniz təmsilçisinin bir neçə məşqini izləyən Abbasov daha sonra komandanın baş məşqçisi Abdullah Avcı ilə görüşüb. O, Avcının iş sistemi ilə yaxından maraqlanıb.
Görüş zamanı türkiyəli mütəxəssisə azərbaycanlı həmkarı "Sumqayıt"ın "61" nömrəli oyun geyimini təqdim edib.