"Albaniyadan əvvəl "COD Yunayted"də oynadım. Getdiyim liqaların standartları aşağı ola bilər, lakin onlar hələ də Nigeriya çempionatından bir neçə addım öndədir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin sabiq futbolçusu Ceyms Adeniyi karyerası ilə bağlı danışarkən deyib.
Nigeriyalı hücumçu bildirib ki, bu keçidlər ona irəliyə getmək üçün lazım idi: "Sonradan Azərbaycana köçmək məcburiyyətində qaldım. Amma orada daha yaxşı təşkilatlanmış liqa gördüm. Premyer Liqada maaş problemi yoxdur".
Qeyd edək ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümünü "Qəbələ"də keçirib. O, ötən mövsümün sonunda İsrailin "Makkabi" (Petah-Tikva) klubuna transfer olunub.