Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, o, qadın futbolçulardan ibarət Türkiyə və Portuqaliya yığmaları arasında dünya çempionatının Avropa zonası üzrə seçmə oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Türkiyənin Alanya şəhərindəki "Oba" stadionunda keçiriləcək.