
Azərbaycan Premyer Liqasında V turun "Sabah" - "Neftçi" oyunundan əvvəl Vətən müharibəsi şəhidləri anılıb.
Sportnet.az xəbər verir ki, komandalar meydana şəhid övladları ilə çıxıblar. Uşaqların əlində Azərbaycan bayrağı, köynəklərinin üzərində isə "Mənim atam qəhrəmandır" yazılıb. Dövlət Himni səsləndirildikdən sonra 1 dəqiqəlik sükut elan olunub.
Ardından matç start götürüb.
Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.