UEFA Konfrans Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada iddialılardan biri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir.
Onunla yanaşı, "4-lüy"ə Andre Qrin (“Slovan” Bratislava Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də düşüb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.