"Uotford" və "Çelsi" komandaları arasında keçirilən İngiltərə Premyer Liqasının XIII tur matçı 12-ci dəqiqədə dayandırılıb.
Sportnet.az-ın məlumatına görə, buna tribunada əyləşən azarkeşlərdən birinin infarkt keçirməsi səbəb olub.
Görüşü saxlayan referi futbolçuları paltardəyişmə otağına göndərib.
Qeyd edək ki, hələlik qarşılaşmada hesab açılmayıb.