Fransa PSJ-sinin futbolçusu Lionel Messi Liqa 1-də oynamaqda əziyyət çəkir.
Sportnet.az-ın məlumatına görə, bu barədə argentinalı hücumçunun sabiq komanda yoldaşı, hazırda İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən Luis Suares açıqlama verib.
Argentinalı forvard bildirib ki, həmkarı və yaxın dostu Fransadakı hava şəraitindən şikayətlənir: "Onunla hər gün özümüz, ailələrimiz haqqında danışırıq. Messi bir dəfə dedi ki, bu cür soyuq hava şəraitində oynamaq ona çətindir. Fransada tez-tez qar yağır, buna uyğunlaşmaq lazımdır".
Qeyd edək ki, Lionel Messi cari mövsümün əvvəlində İspaniya "Barselona"sından azad agent kimi PSJ-yə keçib.