UEFA Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 4 iddiaçı arasına İsveçrə "Bazel"inin hücumçusu Artur Kabral da düşüb. Braziliyalı forvard komandasının evdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldiyi VI tur matçında "dubl" edib.
Digər oyunçular isə Yunanıstan PAOK-undan Andriya Jivkoviç, İtaliya "Roma"sından Temmi Abraham və Rumıniya ÇFR-indən Qabriel Debelyuxdur.
Qalib futbolçu UEFA-nın rəsmi saytında səsvermə nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, PAOK Yunanıstanda Cəbəllütariq "Linkoln"unu 2:0, "Roma" Bolqarıstanda "MOİK-Sofiya"nı 3:2, ÇFR isə Rumıniyada Çexiya "Yablonets"ini 2:0 hesabı ilə yenib.