UEFA Avropa futboluna 7 milyard avroluq maliyyə yardımı paketi üçün ABŞ-a məxsus "Citibank" ilə əməkdaşlığa başlayıb.
Sportnet.az "The Times"a istinadən xəbər verir ki, Avropa futbol qurumunun beynəlxalq bankı tərəfdaş seçməsi futbolun vəziyyəti ilə bağlı artan narahatlıqlar və "omikron" ştamının sürətlə yayılması fonunda mümkün yeni maliyyə itkiləri ilə əlaqədardır.
"Citibank" tender zamanı"Goldman Sachs" və "Macquarie" banklarını, həmçinin "Apollo" investisiya şirkətini qabaqlayıb.
UEFA-nın məlumatına əsasən, 2020-ci ilin əvvəlində koronavirusun yayılması, ilk növbədə, bilet satışının kəskin azalmasına və maliyyə itkilərinin ən azı 9 milyard avroya çatmasına səbəb olub.