"Tottenhem" və "Lester" klubları arasında bu günə planlaşıdırılan İngiltərə Premyer Liqasının XVII tur matçı təxirə salınıb.
Sportnet.az-ın "Sky Sports"a istinadən məlumatına görə, buna hər iki komandanın heyətində koronavirusa yoluxma hallarının aşkarlanması səbəb olub.
Bakı vaxtı ilə saat 23:30-da start götürməli olan görüşün yeni tarixi barədə hələlik açıqlama verilməyib.
Daha əvvəl London təmsilçisində 8 oyunçunun və 3 əməkdaşın COVID-19 testi müsbət çıxıb. Məhz bu üzdən paytaxt klubunun Fransa "Renn"inə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının qrup oyunu ləğv olunub.
Daha sonra isə "Lester"in baş məşqçisi Brendan Rocers 9 futbolçunun infeksiyaya yoluxduğunu açıqlayıb.
Bu turun "Börnli" - "Uotford" qarşılaşması da eyni səbəbdən təxirə salınıb.
Qeyd edək ki, hazırda "Tottenhem" 25 xalla 7-ci, "Lester" isə 22 xalla 16-cı pillədə qərarlaşıb.