Türkiyənin "Fatih Karagümrük" futbol klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.
Sportnet.az-ın Superliqa təmsilçisinin rəsmi saytına istinadən məlumata görə, italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
32 yaşlı baş məşqçi bu ilin martında komandanın sükanı arxasına keçmişdi.
Qeyd edək ki, Françesko Fariolinin adı "Fənərbağça" ilə yanaşı hallanır.