"Qarabağ"ın qolu sayılmayanda az qaldım ki, infarkt olam. Sözsüz ki, orada VAR sisteminə ehtiyac yox idi".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində açıqlama verib.
O, Azərbaycan klubunun İsveçrədə "Bazel"ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının VI tur oyununun 2-ci dəqiqəsində Abdullah Zubirin təmiz qolunu xorvatiyalı referi Fran Yoviçin hesaba almamasına sərt münasibət bildirib: "İstər baş hakim, istərsə də yan xətt hakimi, onu görməmələri mümkün deyildi. Mən bir şeyə məəttəl qaldım: Allah Qurban Qurbanova böyük səbr verib. Komanda rəhbəri mən olsaydım, ya həbsxanada idim, ya da haradasa. Orada məni saxlamaq olardı? Artıq meydanda idim. Bu boyda vicdansızlıq, insafsızlıq olarmı"?
Qeyd edək ki, "Bazel" - "Qarabağ" görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Nəticədə İsveçrə təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan komandası isə 2-ci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.