Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Fransa PSJ-sində çıxış edən Lionel Messi ilə İngiltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu arasında müqayisə aparıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu hər iki oyunçunun hamıdan üstün olduğunu söyləyib.
Polşalı forvard onların arasında həmişə rəqabətin olduğunu bildirib: "Hər şey hansı növ futbolçuya üstünlük verməyinizlə bağlıdır. Ronaldunun zəhmətinə hörmət edirəm. Messi üçün hər şey asan görünür. Düşünürəm ki, Ronaldu uğur qazanmaq üçün daha çox çalışmalı olub".
Qeyd edək ki, Robert Levandovski 2021-ci il "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mübarizədə ikinci olub. Mükafatı 7-ci dəfə Lionel Messi qazanıb.