
İspaniya Ali Məhkəməsi "Barselona"nın futbolçusu Jerar Pikenin vergi ilə bağlı cəriməsini ləğv edib.
Sportnet.az "20minutos" nəşrinə istinadən xəbər verir ki, məhkəmə 34 yaşlı müdafiəçinin saxtakarlığa yol vermədiyi qənaətinə gəlib.
Bu səbəbdən ispaniyalı oyunçu 2,1 milyon avro məbləğində cərimədən azad olunub.
Qeyd edək ki, Jerar Pike 2008-2010-cu illər arasında olan vergi borcuna görə cərimələnmişdi.