Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Slovakiya yığması 2022-ci ilin əvvəllərində 2 yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, Ştefan Tarkoviçin baş məşqçi olduğu kollektiv gələn martın martın 25-də Norveçlə, 4 gün sonra isə Finlandiya ilə üz-üzə gələcək.
Qarşılaşmalar müvafiq olaraq Norveçin paytaxtı Osloda və İspaniyanın Mursiya şəhərində oynanılacaq.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu 2022-ci il iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.