Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısında “Qəbələ” 14 matça çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmalarda 19 futbolçuya şans verib. 6 oyunçu 14 görüşün hamısında iştirak edib. Bunlar İsnik Alimi, Nicat Mehbalıyev, Ruan Renato, Urfan Abbasov, Rövlan Muradov və Ülvi İsgəndərovdur.
Onlardan 2-si – Alimi və Mehbalıyev bu görüşləri əvəzolunmadan keçirib. Cütlük 1260 dəqiqə meydanda olub. 19 futbolçudan 13-ü matçların yarıdan çoxunda - ən azı 8 qarşılaşmada iştirak edib.
Mövsümün ilk hissəsində “Qəbələ”nin 11 futbolçusu qol vurub. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ülvi İsgəndərovdur. O, rəqib qapılarına 5 dəfə yol tapıb.
İsnik Alimi və Rafael Utziq hərəyə 4 qola imza atıb. Alimi qollarından 2-ni penaltidən vurub. Rövlan Muradovla Yaovi Akakponun hərəsinin 2 qolu var. 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.
futbolçu oyun dəqiqə qol sarı qırmızı
İsnik Alimi 14 1260 4 3 0
Nicat Mehbalıyev 14 1260 -14 3 0
Ruan Renato 14 1259 1 3 1
Urfan Abbasov 14 1207 1 2 0
Rövlan Muradov 14 951 2 3 0
Ülvi İsgəndərov 14 498 5 2 0
Məqsəd İsayev 13 1170 1 4 0
Murad Musayev 13 1170 0 3 0
Rafael Utziq 13 1157 4 1 0
Asif Məmmədov 12 992 1 3 0
Stefan Vukçeviç 12 945 0 4 1
Omar Hani 11 696 0 1 1
Ehtiram Şahverdiyev 8 160 1 1 1
Fernan Lopez 7 393 0 3 0
Emil Səfərov 6 58 1 3 0
Yaovi Akakpo 4 306 2 0 0
Kamal Mirzəyev 4 33 0 0 0
Rüfət Əhmədov 2 177 0 2 0
Hüseyn Mürsəlov 2 143 0 0 0