Braziliyanın "Qoyas" klubunun futbolçusu Vinisius Lopeş Azərbaycan klubundan təklif alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı hücumçunun özü yerli mətbuata açıqlama verib.
22 yaşlı forvard ölkəsində qalmağa üstünlük verdiyi üçün dəvəti qəbul etməyib. Gənc oyunçu həmin klubun adını açıqlamayıb.
Qeyd edək ki, Vinisius Lopeş növbəti mövsümü icarə əsasında Braziliyanın "Baiya" klubunda keçirəcək.