Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını bu ölkənin başqa komandasında davam etdirə bilər.
Sportnet.az-ın məlumatına görə, "Lex" (Poznan) klubu 25 yaşlı hücumçu ilə maraqlanır.
Hazırda 41 xalla Ekstraklasanın lideri olan Poznan təmsilçisi forvarda 1,5 illik müqavilə təklif etmək istəyir.
Qeyd edək ki, cari mövsümün əvvəlində "Legiya" ilə 3+1 illik müqavilə imzalamış Mahir Emreli azarkeşlərlə bağlı insidentdən sonra paytaxt klubunu tərk etmək istəyir.