"Monako"nun sabiq baş məşqçisi Niko Kovaç karyerasını Türkiyədə davam etdirə bilər.
Sportnet.az-ın "Fanatik"ə istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin xidmətlərində "Fənərbağça" maraqlıdır. 51 yaşlı mütəxəssisin "sarı-lacivərdlilər"in təklifinə baxmağa hazır olduğu və tezliklə tərəflərin danışıqlar aparacağı bildirilir.
Qeyd edək ki, "Monako" Niko Kovaçla yollarını yanvarın 1-də ayırıb. Kovaç 2020-ci ilin yayından rəhbərlik etdiyi komanda ilə 43 oyuna çıxıb, 16 qələbə qazanıb və 15 heç-heçə edib. Knyazlıq klubunun yeni baş məşqçisi belçikalı Filipp Kleman olacaq. "Fənərbağça" isə 19 oyundan 32 xalla 4-cü yerdə gedir və lider "Trabzonspor"dan 17 xal geridədir.