
"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kanenin formasını geyindiyi Qvineya milli komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, 1/8 finalda Qambiya yığması ilə qarşılaşan kollektiv rəqibinə minimal hesabla uduzaraq, turnirlə vidalaşıb.
25 yaşlı dayaq yarımmüdafiəçisi bu qarşılaşmada meydana çıxmayıb.
Qeyd edək ki, Mamadu Kane müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsusdur.