Braziliya millisinin sabiq futbolçusu Ronaldo hazırda karyerasını davam etdirən dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, veteran hücumçu "Football Italia" nəşrinə açıqlamasında İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemanı fərqləndirib.
O, ikinci yerə isə Almaniya "Bavariya"sından Robert Levandovskini layiq görüb: "Erlinq Holann gələcəkdə ən yaxşı olacaq. Amma hazırda Benzema və Levandovski ondan güclüdürlər. Kilian Mbappe də yaxşı hücumçudur".
Qeyd edək ki, peşəkar karyerasını 2011-ci ildə başa vurmuş Ronaldo bunadək ölkəsinin "Kruzeyro", "Korintians", Fransanın PSV, İspaniyanın "Barselona", "Real Madrid", həmçinin İtaliyanın "İnter" və "Milan" klublarının formasını geyinib. Tanınmış futbolçu eyni zamanda ikiqat dünya çempionudur.