Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaqdan ötrü UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2019/2020 və 2020/2021 mövsümləri üçün AFFA-ya ümumilikdə 5 016 425 manat maliyyə vəsaiti ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Vəsaitin 1 623 649 manatı 2019/2020 mövsümü, 3 392 776 manatı isə 2020/2021 mövsümü üçün milli assosiasiyanın hesabına köçürülüb.
Bundan başqa, ötən il FİFA-nın "Forward" proqramı ilə AFFA-nın büdcəsinə 2 923 188 manat vəsait daxil olub. Vəsaitin 1 699 369 manatı əməliyyat xərcləri üzrə, 849 938 manatı COVID-19 pandemiyasına dəstək proqramı, 373 881 manatı isə “Forward Project” layihəsi çərçivəsində ödənilib.