Futbol üzrə Afrika Millətlər Kubokunda final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Kamerunun paytaxtı Yaundedəki "Olembe" stadionunda təşkil olunmuş həlledici görüşdə Seneqal və Misir yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 0:0. 5-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane penaltini dəqiq yerinə yetirməyib.
Penaltilər seriyasında isə məhz Mane son zərbəni dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 4:2.
Bununla da Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.