
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü "Neftçi" və "Qarabağ" arasında keçirilən Premyer Liqanın XV tur matçından öncə qeyd olunub.
Sportnet.az-ın məlumatına görə, görüşün oynanıldığı "Bakcell Arena" stadionunun monitorlarında İbrahimovun fotosu nümayiş etdirilib. Daha sonra isə Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə gedir və hesab açılmayıb.