"Neftçi" kimi rəqib üzərində qələbə həmişə xüsusidir. Onları xüsusən də, səfərdə məğlub etməyin ayrı ləzzəti var".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina 2:1 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Kolumbiyalı müdafiəçi bildirib ki, belə rəqibə qarşı oynamaq həmişə çətindir: “İlk dəqiqələrdən "Neftçi"nin yüksək pressinq edəcəyini bilirdik. Buna öncədən hazır idik. Bu üzdən hücumların qarşısını ala bildik".
Medina Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə oyunları hələlik düşünmədiklərini diqqətə çatdırıb: "Bizi qarşıda "Keşlə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu gözləyir. Yalnız həmin matçın ardından Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə keçirəcəyimiz görüşü düşünəcəyik. Qarşıda bir həftəyə yaxın vaxt var. Düşünürəm ki, buraxdığımız səhvlər üzərində işləyəcəyik".