
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, postda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib.
Paylaşımın üstündə isə izləyicilərə bu sual ünvanlanıb: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi"?
26 yaşlı oyunçu sözügedən qarşılaşmada (2:1) dubl edib.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.