"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının cavab oyununda əlində bilet olan azarkeşlər stadiona buraxılmayıb.
Sportnet.az-ın məlumatına görə, onların arasında jurnalistlər və klub əməkdaşları da olub.
Onlara içəridə bütün yerlərin dolduğunu bildiriblər. "Report"un əməkdaşının müşahidəsinə əsasən, tribunalar dolu olub. 15500 bilet satışa çıxarılsa da, qarşılaşma dolu tribunalar önündə oynanılır. Fanatlar biletsiz tərəfdarların içəri buraxıldığını söyləyiblər. Ancaq fasilədən sonra azarkeşlər istəklərinə çata biliblər.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və "Marsel" 1:0 hesabı ilə öndədir.