
İtaliyanın "Parma" klubu qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı qolkiperin yeni sözləşməsi 2024-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Canluici Buffon "Parma" ilə ötən yay müqavilə bağlayıb. İtaliya yığmasının sabiq üzvü ölkəsində "Yuventus" və Fransada PSJ-nin formasını geyinib.