
"Keşlə"yə qarşı Premyer Liqanın XVIII tur matçında zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun beyni silkələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Rusiyalı mütəxəssis 27 yarımmüdafiəçinin eyni zamanda qaşının açıldığını bildirib: "Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün əlavə müayinələr və vaxt lazımdır".
Qeyd edək ki, "Keşlə" - "Sabah" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.