Niderland millisinin və Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Kvinsi Promes narkotik alverində şübhəli bilinir.
Sportnet.az "De Telegraaf"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin bu işlə məşğul olmasını telefon danışıqlarının dinlənilməsi nəticəsində üzə çıxıb.
Hüquq-mühafizə orqanları iddia edir ki, təcrübəli oyunçu 4 ton ağırlığında və dəyəri 120 milyon avro olan kokain partiyasının alınmasında iştirak edib. Polislər Promesi həbs etməyə hazırdırlar. Lakin onun Rusiyada olması çətinlik yaradır.
Qeyd edək ki, Kvinsi Promes daha əvvəl adam öldürməyə cəhd və bıçaqlamada ittiham olunurdu. Futbolçunu 4 ilədək həbs cəzası gözləyir.