Ukraynanın "Viktoriya" klubunun futbolçusu Yuri Tsapi itkin düşüb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi və ailəsi ilə əlaqə kəsilib.
Yaxınlarının sözlərinə görə, onlar Rusiya qoşunlarının mühasirəyə aldığı Mariupolda yaşayırdı.
Qeyd edək ki, Yuri Tsapi ölkəsinin "Qornyak-Sport", "Poltava" və "Nikolayev" komandalarının da şərəfini qoruyub.