Ukrayna yığması 1999-cu ildə səfərdə Rusiyaya qarşı keçirdikləri AVRO-2020-nin pley-off mərhələsinin cavab görüşündən əvvəl Moskvada oteldə gecələyə bilməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın keçmiş futbolçusu və baş məşqçisi Andrey Şevçenko açıqlama verib. O bildirib ki, Kiyevdə 3:2 hesabı ilə qalib gəldikləri ilk matçın revanşında təhlükəsizlik məqsədilə Ukraynanın Rusiyadakı səfirliyinin binasında qalmalı olublar.
Qeyd edək ki, Moskvadakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ukrayna millisinin bərabərlik qolunu sonuncu dəqiqədə cərimə zərbəsindən Andrey Şevçenko vurub. Həmin epizodda Rusiya yığmasının qapıçısı Andrey Filimonov topu əlindən buraxaraq, kobud səhvə yol verib. Nəticədə meydan sahibləri Avropa çempionatından kənarda qalıb.